
Yamalın atası nişanlandı – FOTO
“Barselona”nın 18 yaşlı vingeri Lamin Yamalın atası Munir Nasraui nişanlandığını elan edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 39 yaşlı Nasraui sosial şəbəkədə 23 yaşlı sevgilisi Kristina ilə fotosunu paylaşaraq, paylaşıma ürək və nişan üzüyü emojiləri əlavə edib.
Cütlük bir il əvvəl tanış olub. Beləliklə, dünya futbolunun ən parlaq gənc istedadlarından birinin atası həyatında yeni mərhələyə qədəm qoyub.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



