“Ümid edirəm ki, bütün həyatımı “Barselona”da keçirəcəm”
“Barselona”nın vingeri Lamin Yamal karyerası ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bütün həyatını “Barselona”da keçirəcəyinə ümid etdiyini bildirib:
“Arzum bu klubda titullar qazanmaqdır. Topu alanda tribunalar yüksək səslə qışqırır və məndə əvvəllər yaşamadığım hisslər yaranır. Bu hissi təsvir edə bilmərəm, amma inanılmazdır. Ümid edirəm ki, bütün həyatımı “Barselona”da keçirəcəm”.
Hans-Diter Flikin komandası bu gün İspaniya çempionatında səfərdə “Real”la qarşılaşacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin