
Yamalın agenti “Barselona”nın prezidentinə xəbərdarlıq edib
“Barselona”nın hücumçusu Lamin Yamalın karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantı var.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçunun maraqlarını təmsil edən agenti Jorje Mendeş Səudiyyə Ərəbistanı klublarının Yamalla maraqlanması ilə bağlı “Barsa”nın prezidenti Xuan Laportaya xəbərdarlıq edib.
Potensial alıcılar ispaniyalı oyunçuya multimilyon dollarlıq müqavilələr təklif etməyə hazırdırlar.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatacaq. Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


