Yamal: “Barselona”, “Real” və “Atletiko” hakimlərdən şikayət etməməlidir”

“Barselona”nın vingeri Lamin Yamal İspaniya futbolunda müzakirə mövzusu olan hakimliyin səviyyəsi barədə danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, “Real” və La Liqanın digər klublarına hakimlərdən şikayət etməməyi tövsiyə edib:

“Biz “Xetafe” ilə oynayanda hakim Jül Kundeyə qarşı kobudluğa görə penalti təyin etməmişdi, ancaq “Rayo Valyekano” ilə son matçda İniqo Martinesin epizodunda penalti verdi. Məncə, “Barselona”, “Real” və “Atletiko” hakimlərdən şikayət etməməlidir, çünki hakimin hər qərarı çox müzakirə olunur. Hesab edirəm ki, hakimlər əllərindən gələni etməyə çalışırlar. “Leqanes” və ya “Alaves” kimi komandalar da mübahisəli qərarlarla üzləşə bilər, ancaq onlar haqqında danışılmır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button