Yamala “Ginnesin Rekordlar Kitabı”ndan sertifikat təqdim olunub – FOTO

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamala “Ginnesin Rekordlar Kitabı”ndan sertifikat təqdim olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı vinger Avropa çempionatının final mərhələsində iştirak edən ən gənc futbolçu, həmçinin turnirdə qol vuran ən gənc oyunçu olub.

Yamal AÇ-2024-də İspaniya millisinin heyətində 7 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Turnir zamanı futbolçunun 17 yaşı tamam olub. İspaniya millisi AÇ-2024-ün qalibi adını qazanıb.

Yamal ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 50 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button