“Barselona”dan Yamalla bağlı açıqlama

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Serbiya “Srvena Zvezda”sı ilə matçda (5:2) sağ topuq nahiyəsindən xəsarət alıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Hans-Diter Flikin yetirmələri növbəti matçını La Liqa çərçivəsində noyabrın 23-də səfərdə “Selta”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button