Yamalın yeni saç düzümü – FOTO

Bu gün İspaniya və Fransa milli komandaları arasında Avropa çempionatının yarımfinal oyunu keçiriləcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya millisinin 16 yaşlı hücumçusu Lamin Yamal bu matç ərəfəsində yeni saç düzümünü nümayiş etdirib.

İspaniya və Fransa milli komandaları arasında yarımfinal matçının start fiti saat 23:00-da səslənəcək. Digər yarımfinalda İngiltərə millisi Niderland yığması ilə qarşılaşacaq. Bu oyun iyulun 10-da keçiriləcək.

Yamal ötən mövsüm “Barselona”nın heyətində bütün yarışlarda 51 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib. Avropa çempionatının 5 matçında da iştirak edən 16 yaşlı vinger 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button