Yamal yeni rekorda imza atıb

“Barselona”nın vingeri Lamin Yamal növbəti rekorda imza atıb.

Gənc futbolçu La Liqanın 36-cı turunda baş tutan və komandasının “Espanyol”la 2:0 hesablı qələbəsi ilə başa çatan oyunun qəhrəmanlarından olub. Bu nəticə ilə “Barselona” İspaniya çempionatının qalibi adını vaxtından əvvəl təmin edib.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu La Liqa tarixində 18 yaşına çatmamış iki dəfə çempion olan ilk futbolçudur. O, ilk titulunu əsas komandadakı debütündən az sonra, iki il əvvəl qazanmışdı.

Yamal hazırkı mövsümdə 33 oyunda 8 qol vurub və 13 məhsuldar ötürmə verib. O, çempionluğu təmin edən matçda da həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button