Yamal “Valensiya” ilə matçı buraxa bilər

“Barselona”nın hücumçusu Lamin Yamal qarşıdakı La Liqa turunda “Valensiya” ilə matçı buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

18 yaşlı futbolçu hələ də bel nahiyəsində narahatlıq hiss edir və buna görə də sentyabrın 14-də keçiriləcək oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Yamal zədəsini 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə (3:0) oyunda alıb. Həmin matçda o, bir məhsuldar ötürmə verib və 79-cu dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button