“Avropa çempionatından sonra bütün dünyada məşhurlaşdım” – Yamal

“Barselona”nın vingeri Lamin Yamal 2024-cü il Avropa çempionatının qalibi olandan sonra onunla necə davranmağa başladıqlarından danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu turnirə uşaq vaxtı gəldiyini bildirib:

“Mən bu turnirə uşaq vaxtı gəlmişdim. Milli komandanı müzakirə edəndə az adam mənim adımı çəkirdi. Ancaq Avropa çempionatı başa çatdıqdan sonra bütün dünyada məşhurlaşdım. Tətildə məni tez-tez küçədə saxlayırdılar. Uşaqların kumirinə çevrildiyim üçün xoşbəxtəm”.

17 yaşlı Yamal AÇ-2024-ün ən yaxşı gənc futbolçusu seçilib. O, İspaniya çempionatının cari mövsümündə 16 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button