Reşford: “Yamal çox istedadlıdır”

“Barselona”nın yeni transferi Markus Raşford klubun futbolçusu Lamin Yamalı son mövsümün ən yaxşı oyunçularından biri adlandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun çox istedadlı olduğunu söyləyib:

“O, çox istedadlıdır. Məncə, son mövsümdə Yamal ən yaxşı olmasa da, dünyanın ən yaxşı oyunçularından biri idi.

Hər kəs ən yaxşı oyunçularla bir yerdə oynamaq istəyir. Bu komandada çoxlu istedad var. Mən onlarla oynamaqdan xoşbəxtəm və həvəslə bunu gözləyirəm. Ola bilsin ki, mən onlara kömək edə bilərəm, onlar da mənə mütləq kömək edə bilərlər. Maraqlı olmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button