Ronaldo Yamalı dünyanın ən yaxşı ikinci gənc oyunçusu görür
“Barselona”nın vingeri Lamin Yamal braziliyalı sabiq hücumçu Ronaldonun reytinqində ikinci yeri tutub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ikiqat dünya çempionu “Kopa trophy” kubokunun səsverməsində birinci yeri “Mançester Siti’dən olan həmyerlisi Savioya verib.
Ronaldonun siyahısında ikinci yerdə mükafatı qazanan Lamin Yamal olub.
“Real”ın keçmiş forvardı “kral klubu”nun və Türkiyə millisinin hazırkı yarımmüdafiəçisi Arda Gülərin adını da çəkib. Məhz Gülər yekun sıralamada topladığı xallara görə Yamaldan xeyli geri qalaraq növbəti yeri tutub. Ronaldonun siyahısında Kobbi Mainu da (“Mançester Yunayted”) yer alıb.
“Kopa Trophy” mükafatı hər il 20 yaşa qədər olan dünyanın ən yaxşı oyunçusuna verilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin