“Rafinya ilə meydanda bir-birimizi çox yaxşı başa düşürük” – Yamal
“Barselona”nın vingeri Lamin Yamal İspaniya çempionatının “Malyorka” ilə oyununda (5:1) komanda yoldaşı Rafinya Diasla anlaşmasından danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Rafinya üçün çox şad olduğunu bildirib:
“Mənim yardımım? Bunu necə edəcəyimi sevirəm və bilirəm. Rafinya üçün çox şadam, meydanda bir-birimizi çox yaxşı başa düşürük.
Səhhətimə gəlincə, lazım olan qədər oyuna çıxmağa hazıram”.
Yamal 2024/25 mövsümündə “Barselona”nın heyətində 18 matçda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib. 17 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin