“Yamalı qorumaq lazımdır” – “Barselona”nın sabiq futbolçusu

Hazırda CSKA-da (Moskva) çıxış edən Miralem Pyaniç “Barselona”da forma geyindiyi dövrdə Kataloniya klubunun cinah oyunçusu Lamin Yamalla bağlı söhbətləri xatırlayıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun böyük istedadı olduğunu söyləyib:

“Mən Lamin Yamalın topla necə işlədiyini görmək istəyirəm. Mən “Barselona”da olanda artıq onun haqqında danışılırdı. İnsanlar mənə onun gələcəyin ulduzu olacağını söylədilər və haqlı idilər. Onu qorumaq lazımdır, çünki o, qeyri-adi istedada malikdir”.

Pyaniç 2020-2022-ci illərdə “Barselona”nın futbolçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button