Yamal pulsuz avtoqraf verməyəcək

“Barselona”nın hücumçusu Lamin Yamal artıq azarkeşlərə pulsuz avtoqraf verməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

18 yaşlı futbolçu yeni reklam müqaviləsi imzalayacaq və bu müqavilə çərçivəsində onun avtoqrafları ilə məhsullar (futbolkalar, butslar və digər əşyalar) satılacaq. Məqsəd, Yamalın avtoqraflarının pulsuz paylanmasının bu unikal məhsulların qiymətinə təsir etməsinin qarşısını almaqdır.

“Barselona”nın mənbələri qeyd edirlər ki, klub Yamalın müəyyən sayda avtoqraflarına çıxış əldə etməyə çalışır, çünki onlar da oyunçuların imzaları ilə məhsullar satır. Müqavilə hələ rəsmi imzalanmayıb, amma tərəflər razılığa gəlmək niyyətindədir.

Yamal artıq “Adidas”, “Beats”, “Powerade”, “Oppo”, “Konami” və “Nesquik” kimi tanınmış brendlərin üzüdür və UNISEF-in səfiridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button