“Real”ın hücumçusu “Barselona”nın futbolçusu haqda: “Onun qayğısına qalmalıyıq”
“Real”ın hücumçusu Xoselu “Barselona”nın 16 yaşlı cinah oyunçusu Lamin Yamalın potensialından danışıb.
Komanda.az COPE-ye istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun gələcəkdə milli komandanın əsas fiquruna çevriləcəyinə əmindir:
“Biz Yamalın qayğısına qalmalıyıq. O, ölkəmizin incisidir və biz onu hər cür dəstəkləməli, hər gün ona kömək etməliyik. O, fantastik oğlandır və burada etdiyimiz yeganə şey onu dəstəkləməkdir. Çünki düşünürəm ki, o, milli komandanın əsas fiquruna çevriləcək”.
Yamal “Barselona”nın məzunudur və akademiyadan əsas komandaya qədər yüksəlib. O, bu mövsüm 17 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin