Yamalın “Barselona”da görmək istədiyi futbolçu

“Barselona”nın 17 yaşlı vingeri Lamin Yamal komandada görmək istədiyi oyunçunun adını açıqlayıb.

Komanda.az “Times”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun seçimi Camal Musialadan yanadır:

“Kimi komandaya dəvət edərdim? Bir oyunçu? Düşünürsüz ki, Neymar deyəcəm, amma mən Camal Musialanı seçəcəm. Onun başqa klubla müqaviləsi olması utancvericidir”.

Musiala Almaniya çempionatında, “Bayern”in heyətində çıxış edir. 21 yaşlı yarımmüdafiəçi cari Bundesliqa mövsümündə 19 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Barselona” İspaniya çempionatının 24 turundan sonra 51 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button