
“Messi ilə müqayisə olunmaq o deməkdir ki, düzgün istiqamətdəyəm”
“Barselona”nın vingeri Lamin Yamal Lionel Messi ilə müqayisə edilməsi haqda danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu öz yolu ilə getməyə çalışdığını bildirib:
“Mən özüm olmağa çalışıram. Açığı, həmişə dediyim kimi, Messi tarixin ən yaxşı oyunçusudur və onunla müqayisə olunmaq o deməkdir ki, düzgün istiqamətdəyəm. Amma mən öz yolumla getməyə, öz yolumu düzəltməyə çalışıram. “Barselona” üçün hər şeyi verirəm”.
17 yaşlı Yamal gənc yaşda əldə etdiyi uğurlara və bəzi məqamlarda oxşar oyun tərzinə görə argentinalı futbolçu ilə müqayisə edilir.
Messi 2021-ci ilə qədər “Barsa”da çıxış edib. 37 yaşlı forvard indi “İnter Mayami”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin