“Yamal komandanın uğurunda əsas töhfədir”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının 1/4 finalında Niderland yığması ilə oyunda Lamin Yamalın çıxışını dəyərləndirib.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında Yamal üçün çox şad olduğunu söyləyib:

“Yamal penaltini qaçırdıqdan sonra bir az kədərlənsə də, hamımız kimi o da xoşbəxtdir. Düşünürəm ki, çox yaxşı idi, lazım olan hər şeyi etdi, əla qol vurdu. O, böyüməyə davam edir, komandanın uğurunda əsas töhfədir və mən onun üçün çox şadam”.

İspaniya millisi 5:5 hesablı heç-heçədən sonra penaltilər seriyasında qalib gələrək, yarımfinala yüksəlib. “Barselona”nın 17 yaşlı vingeri penaltini qaçıran yeganə oyunçu olsa da, bir qədər əvvəl əlavə vaxtda önəmli qol vurub.

De La Fuentenin komandası iyunda Millətlər Liqasının finalına vəsiqə uğrunda Fransa yığması ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button