“Yamal hətta Messidən də yaxşı ola bilər”

Fransalı sabiq futbolçu Emmanuel Peti “Barselona”nın cinah oyunçusu Lamin Yamal haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun “İnter Mayami”nin hücumçusu Lionel Messinin ən yaxşı vaxtında olduğundan daha güclü ola biləcəyini söyləyib:

“O, rəqiblərinə qarşı sanki “PlayStation” oynayırmış kimi driblinq edir. Müdafiəçilər ona konus kimi görünür, bu, onun səviyyəsidir. Yamal hətta Messidən də yaxşı ola bilər. Messi isə səkkiz dəfə “qızıl top” qazanıb. Yamalda irəliləmək üçün motivasiya olacaq. Onu izləmək çox xoşdur”.

Yamal son mövsümdə bütün turnirlərdə 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə verib. 17 yaşlı vinger “Barselona” ilə İspaniya çempionu olub, həmçinin, ölkə kubokunu və superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button