“Yamal sağ cinahda gənc Messini xatırladır” – Sabiq futbolçu

Fransa millisinin sabiq futbolçusu Emmanuel Peti “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal haqqında yüksək fikirlər səsləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı veteran, Yamalı Lionel Messinin gəncliyi ilə müqayisə edib və onun parlaq gələcəyindən danışıb:

“O, sağ cinahda gənc Messini xatırladır. Top onun ayağında olanda daim təhlükə hiss olunur. Demək olar ki, hər dəfə iki, bəzən üç rəqibi üzərinə çəkir və bununla da komanda yoldaşları üçün boş zonalar yaradır”.

Keçmiş futbolçuya görə, bu cür oyunçular “Barselona”nın oyununu daha da təxminedilməz edir:

“Yamal, Rafinya və güclü mərkəz xətti ilə “Barselona” hər tərəfdən təhlükə yaradır. Rəqiblər Yamalı dayandırmaq üçün iki-üç oyunçu ilə bloklamağa çalışır, amma bu, işə yaramır.”

Peti, həmçinin, 18 yaşlı Yamalın parlaq gələcəyi olacağını proqnozlaşdırır:

“Onun yaşında bu səviyyədə çıxış etmək artıq fenomenal göstəricidir. Bu səviyyəni qoruyub saxlayarsa, “qızıl top”u qazanacağına inanıram. O da başa düşür ki, klubda və milli komandada bu səviyyəni sübut etməlidir”.

Sabiq futbolçu əlavə edib ki, Yamalın qarşısında növbəti böyük hədəf – dünya çempionatı var. Ancaq futbolçunun tam tanınması üçün əsas şərt UEFA Çempionlar Liqasını qazanmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button