“Yamal gələn il “qızıl top”a açıq-aşkar namizəd olacaq” – Sabiq futbolçu

İngiltərəli sabiq hücumçu Alan Şirer “Barselona”nın vingeri Lamin Yamalın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun gələn il “qızıl top”u qazanmaq üçün şanslarının yaranacağını deyib:

“Yamal və Osman Dembeleni yenidən izləmək maraqlı olacaq. İspaniya və Fransa yığmaları, Argentina millisi kimi, çox güman ki, gələn yay dünya çempionatında irəli gedəcəklər və Yamal “qızıl top”a açıq-aşkar namizəd olacaq”.

18 yaşlı hücumçu “qızıl top”un səsverməsində “ilk beşliy”ə daxil olan Vitinyo, Məhəmməd Salah və Rafinyanı qabaqlayaraq, Osman Dembeledən sonra ikinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button