“Çempionlar Liqasında bizdən daha böyük favorit yalnız “Liverpul”dur”

“Barselona”nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının əsas favoritləri haqqında fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Çempionlar Liqasında onlardan daha böyük favoritin yalnız “Liverpul” olduğunu bildirib:

“Məncə, Çempionlar Liqasında bizdən daha böyük favorit yalnız “Liverpul”dur. Çünki onlar turnir cədvəlində birinci idilər. Amma biz kubok üçün mübarizə apara bilərik. Zirvədə ola bilərik”.

“Barselona” Çempionlar Liqasının ümumi mərhələsinin yekunlarına əsasən, “Liverpul”dan 2 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb. Kataloniya klubu sonuncu dəfə 2014/15 mövsümündə Çempionlar Liqasının qalibi olub. O vaxtdan bəri “Liverpul” üç dəfə bu turnirin finalına çıxsa da, yalnız birində qalib gələ bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button