Deku: “Yamal uzun illər “Barselona”da qalacaq”

“Barselona”nın idman direktoru Deku komandanın gənc yarımmüdafiəçisi Lamin Yamalla yeni müqavilə üzrə danışıqlarla bağlı sualı cavablandırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəsmisi bunu deyib:

“Bizim əsas oyunçularımız var, Yamal onlardan biridir. Transferlə bağlı heç bir müzakirə olmayıb. Heç bir təklif olmayıb, çünki bu məsələni hətta müzakirə etməyi də planlaşdırmırıq. O, şübhəsiz ki, uzun illər “Barselona”da qalacaq”.

Yamal bu mövsüm bütün turnirlərdə 31 matçda iştirak edib, 11 qol vurub və 14 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button