
Yamal “Barselona”nın transfer planına qarşı çıxıb
“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal klub rəhbərliyinin transfer planlarına qarşı çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Jül Kundenin oynadığı sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyir. Yamal isə hesab edir ki, “Barselona”nın bu yeri tutmaq üçün başqa futbolçuya ehtiyacı yoxdur. O, fransalı futbolçu ilə oynamaqdan həzz alır.
Kunde bu mövsüm 36 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin