Yamal: “Barselona” həyatımın klubudur”

“Barselona”nın vingeri Lamin Yamal İspaniya La Liqasının 35-ci turunda “Real” üzərindəki qələbədən sonra komandadakı çıxışından danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu “el-klasiko”da iştirak etməyin və qol vurmağın inanılmaz olduğunu bildirib:

“Barselona” mənim həyatımın klubudur. “El-klasiko”da iştirak etmək və qol vurmaq inanılmazdır”.

Qarşılaşma “Barselona”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb. Yamal bu matçda fərqlənməyi bacarıb.

Hans-Diter Flikin komandası İspaniya çempionatının başa çatmasına üç tur qalmış turnir cədvəlində “kral klubu”nu 7 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button