
“Yamalın hələ çox yolu var” – La Liqanın prezidenti
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lamin Yamalın “Barselona”dakı çıxışını yüksək qiymətləndirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun karyerasında hələ çox yolu olduğunu bildirib:
“Onun çıxışı Lionel Messi kimi, klubun məzunlarının dünya ulduzu ola biləcəyini təsdiqləyir. Yamalın hələ çox yolu var, lakin bu gün o, artıq dünyanın ən yaxşılarından biri kimi tanınır”.
17 yaşlı cinah yarımmüdafiəçisi İspaniya çempionatının son mövsümündə 35 oyuna çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin