“Yalnız “Qarabağ”la oyunu düşünürük” – “Vilyarreal”ın futbolçusu
“Qarşıda “Qarabağ”la oyunumuz var. Qrupda birinci pilləni təmin etsək də, sona qədər oynayacağıq”.
Komanda.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vilyarreal”ın futbolçusu Pervis Estupinan deyib.
Ekvadorlu müdafiəçi “Tvitter” hesabındakı paylaşımında Ağdam klubu ilə qarşıdakı oyuna qədər La Liqa matçları haqda düşünməyəcəjlərini bildirib: “Qələbə qazanmaq üçün meydana çıxacağıq. İndi yalnız bu görüş haqda düşünürük. Yalnız bu oyundan sonra La Liqadakı qarşılaşmalarımıza köklənə bilərik”.
Qeyd edək ki, dekabrın 10-da qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində keçiriləcək “Vilyarreal” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin