Mourinyo: “Yalnız oğrular VAR-dan şikayət edə bilər”
İngiltərənin Premyer Liqa klubları iyun ayında VAR sisteminin ləğvi imkanlarını müzakirə edəcəklər.
Bu təklifi ilkin olaraq bu mövsüm hakim qərarlarından əziyyət çəkən “Vulverhempton” irəli sürüb. Premyer Liqa klubları məsələni səsverməyə çıxarsa, VAR-ın ləğvi qərarı üçün 20 səsdən ən azı 14-ü alınmalıdır.
Komanda.az “SimplyGoal”-a istinadən xəbər verir ki, portuqaliyalı məşqçi Joze Mourinyo VAR-dan imtina çağırışlarına kəskin reaksiya verib:
“Yalnız oğrular VAR kameralarının quraşdırılmasından şikayət edə bilər”.
Daha əvvəl “Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolda VAR sisteminin əleyhinə olduğunu bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin