“Yalnız inanılmaz güclü komanda “Barselona”ya qarşı favorit ola bilər”

İtaliya millisinin və “Yuventus”un sabiq qapıçısı Canluici Buffon UEFA Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Barselona” – “İnter” görüşü haqda fikirlərini bölüşüb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, “İnter”in rəqabət aparmağa qadir olduğunu bildirib:

“İnter” favoritdir? Yalnız inanılmaz güclü komanda “Barselona”ya qarşı favorit ola bilər. Biz həqiqətən yaxşı çıxış etməliyik. “İnter” lazımi keyfiyyətlərə malikdir və rəqabət aparmağa qadirdir”.

“Barselona” sabah evdə “İnter”i qəbul edəcək, mayın 6-da isə cavab oyunu Milanda keçiriləcək. Hər iki qarşılaşmanın başlama saatı eynidir – 23:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button