
“Yalnız bir Madrid var!”
“Real”ın hücumçusu Vinisius Junior komandasının UEFA Çempionlar Liqasının 1/4 finalına adlamasından danışıb.
“Kral klubu” 1/8 final mərhələsində “Atletiko”nu turnirdən kənarlaşdırıb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında dünyanın ən yaxşı klubunu təmsil etməyin əla olduğunu bildirib:
“Yalnız bir Madrid var! Dünyanın ən yaxşı klubunu təmsil etmək əladır!”
“Atletiko” – “Real” matçı dünən baş tutub. Qarşılaşma 1:0 hesabı ilə “Atletiko”nun xeyrinə başa çatsa da, penaltilər seriyasında “Real” daha dəqiq olub – 4:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


