
Aquero: “Messi ilə Yamalı müqayisə etməyə dəyməz”
Argentina millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero “Barselona”nın vingeri Lamin Yamalla “İnter Mayami”nin forvardı Lionel Messi arasındakı müqayisədən danışıb.
Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ku, argentinalı keçmiş futbolçu, Yamalın indiki “Barselona” üçün bir növ Messi olduğunu bildirib:
“Yamal, indiki “Barselona” üçün bir növ Messidir. Ancaq onları müqayisə etməyə dəyməz. Yalnız bir Messi var”.
17 yaşlı Yamal bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 14 qol vurub və 21 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin