Yağış “Sumqayıt”ın da planlarını dəyişdi
Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Sumqayıt” bu gün bir məşqlə kifayətlənib.
![](https://komanda.az/wp-content/uploads/2019/01/orginal_cf6ef2f981408769c163a4f5c61b4b99-511x375.jpg)
Komanda.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq fitness zalında hazırlaşıb. Təxminən 1 saat davam edən məşqdə müxtəlif hərəkətlər yerinə yetirilib.
Qeyd edək ki, “Sumqayıt” sabah 1 məşqlə günə yekun vuracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin