Yağış “Sumqayıt”a da mane oldu
Bu gün Türkiyənin Antalya şəhərində keçirilməli olan “Sumqayıt” – “Jetisu” qarşılaşması kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sumqayıt” – “Jetisu” matçının keçirilmə vaxtı sabah saat 12:00-a təyin olunub.
Əlverişsiz hava şəraiti səbəbindən bu gün keçirilməli olan “Zirə” – “Taraz” (Qazaxıstan) matçı da baş tutmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin