Ya getməlidir, ya da kapitan sarğısı əlindən alınacaq
“Mançester Yunayted” bu yay müdafiəçi Harri Maquayrla yollarını ayırmağa hazırdır.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, klub futbolçunun satışından 58 milyon avro qazanmaq istəyir.
İngilis futbolçu komandada qalsa, kapitan sarğısı ondan götürüləcək.
Daha əvvəl “Mançester Yunayted”in yayda klubdan ayrılması üçün müdafiəçiyə 12 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.
Maquayr bu mövsüm “Mançester Yunayted”in heyətində bütün yarışlarda 31 oyun keçirib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin