“Mən “Beşiktaş” azarkeşiyəm, prezident olmaq fikrim yoxdur” – Mübariz Mənsimov
“Xəzər Lənkəran“ın yaradıcısı və “Palmali”nin rəhbəri Mübariz Mənsimovun “Beşiktaş”da prezident olacağına dair iddialar yayılıb.
Komanda.az xəbər verir ki, “qara qartallar”ın İdarə Heyətinin üzvü olan Mənsimov, Türkiyədə fəaliyyət göstərən “Azərbaycan kartalları” fan-klubuna bununla bağlı açıqlama verib. Mənsimov, “Beşiktaş”da prezident olmaq fikrinin olmadığını deyib:
“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşiktaş” satılmır. Prezident olacağıma dair iddialar da var. Mən “Beşiktaş” azarkeşiyəm, prezident olmaq fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”.
“Beşiktaş”da bir müddət əvvəl Fikrət Orman klubun prezidenti postundan istefa verdiyini açıqlayıb.
Bizi Facebook-da izləyin