“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi George Hacinin komandasında

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.

Komanda.az xəbər verir ki, rumın mütəxəssis bundan sonra ölkəsinin “Vitorul” komandasında çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis Konstanta təmsilçisində baş məşqçi Georgi Hacinin köməkçisi təyin olunub. Onunla 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010/11 mövsümündə “Xəzər Lənkəran”a başçılıq etmiş Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button