
Xəyal Əliyev İslamiadada gümüş medal qazandı
Azərbaycanlı muaytayçı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, Xəyal Əliyev (60-65 kq) finalda rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl təmsilçilərimizdən Əli Əliyev (55-60 kq) və Səlahəddin Qocazadə (65-70 kq) bürünc medal qazanmışdılar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



