Xərçəngə qalib gəldi, 531 gün sonra oyuna çıxdı
“Bornmut” İngiltərə Premyer Liqasının 28-ci turunda “Aston Villa”ya uduzub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin qarşılaşmada xərçəng xəstəliyinə qalib gələn “Bornmut”un futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.
26 yaşlı yarımmüdafiəçi komandasının 0:3 hesabı ilə məğlub olduğu səfər matçının 79-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulub.
2021-ci ilin oktyabrında uelsli oyunçuya xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin