Xəlilov baş katib vəzifəsindən uzaqlaşdırıldı
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.
İclasda AVF-in prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.
Baş katib vəzifəsinin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin