Xviçanın qolu A Seriyasında mövsümün ən yaxşısı oldu

İtaliya A Seriyasının son mövsümünün ən yaxşı qolu bəlli olub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Mövsümün ən yaxşı qolu 26-cı turda “Atalanta” ilə oyunun (2:0) 60-cı dəqiqəsində “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya tərəfindən vurulub.

22 yaşlı Kvaratsxeliya “Napoli” ilə ilk mövsümündə İtaliya çempionu və mövsümün ən yaxşı oyunçusu olub. Ümumilikdə, gürcüstanlı yarımmüdafiəçi A Seriyasında 34 oyun keçirib, 12 qol vurub, 13 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button