
Gürcünün göz yaşları – FOTO
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya A Seriyasının 33-cü turunun “Udineze” ilə qarşılaşmasından sonra (1:1) emosiyalarına hakim ola bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra gürcü futbolçu paltardəyişmə otağında göz yaşlarına boğulub.
22 yaşlı futbolçu cari mövsümdə İtaliya A Seriyasında 29 oyuna çıxıb, 12 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin