Yeni baş məşqçi gürcü futbolçu haqda: “Utancaqdır və çox danışmır”
“Napoli”nin yeni baş məşqçisi Françesko Kalzona komandanın vingeri Xviça Kvaratsxeliya haqda danışıb.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 23 yaşlı gürcü futbolçunu tərifləyib:
“Xviça çox utancaqdır və çox danışmır. Bununla belə, o, çalışır və əminəm ki, tezliklə bizə fayda verəcək”.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 33 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin