ÇL: “Xüsusi axşam idi”
“Bayern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununda (1:0) qazanılan qələbədən danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, oyunu belə şərh edib:
“Xüsusi axşam idi. Sərin atmosfer, azarkeşlər ordusu, böyük dəstək. Amma oyunumuzda göstərdiyimiz nizam-intizam qələbəmizdə əsas rol oynadı. Bu, uğurumuzun açarı oldu”.
Komandalar arasında ilk oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib. Beləliklə, “Bayern” adını turnirin yarımfinalına yazdırıb. Münhen klubunun növbəti rəqibi “Real” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin