Qvardiola özbək futbolçu haqda: “O, sadəcə, gülür, gülür və gülür”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 27-ci turunun “Tottenhem”lə oyunundan (1:0) sonra komandasının müdafiəçisi Abdukodir Xusanovun çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, özbək futbolçunun çıxışını yüksək qiymətləndirib:

“Onunla danışanda o, sadəcə, gülür, gülür və gülür… Amma o, həm də çox etibarlı oyunçudur. O, sürətlidir, inanılmaz dərəcədə sürətlidir və əla ötürmə qabiliyyətinə malikdir. O, xətləri qırır, bu bacarığı var. Onun hələ də təkmilləşməsi lazımdır, çünki cəmi 20 yaşı var. Mən üstün sürətə malik oyunçular görmüşəm və Xusanov onlardan biridir. İnsanlar ona pərəstiş edirlər. Susur, şikayətlənmir və çox təvazökardır. Əminəm ki, azarkeşlərimiz onu sevəcəklər.

“Çelsi” ilə oyunun 5-ci dəqiqəsində baş verənləri anlamaq asan olmadı. Lakin o, sakit qaldı və bunun öhdəsindən gəldi. O, son matçlarda həqiqətən yaxşı idi”.

Xusanov qış transfer pəncərəsində “Mançester Siti”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button