Komanda yoldaşı özbək futbolçunu təriflədi

“Mançester Siti”nin müdafiəçisi Ruben Dias komanda yoldaşı Abdukodir Xusanovun çıxışını dəyərləndirib.

Komanda.az “City Report”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Xusanovun hələ gənc olduğunu bildirib:

“Xusanov hələ gəncdir. Ancaq o, yaxşıdır”.

21 yaşlı özbək müdafiəçi bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 7 oyun keçirib və 1 qol vurub. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button