Uzun fasilədən sonra geri döndü

“Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanov uzun fasilədən sonra ilk dəfə rəsmi oyunda meydana çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, özbək futbolçu Klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda, BƏƏ təmsilçisi “Əl-Əyn”ə qarşı oyunda start heyətində yer alıb.

Xusanov 61-ci dəqiqəyə qədər oynayıb, bu müddətdə sarı vərəqə ilə cəzalandırılıb və daha sonra Oskar Bobbla əvəzlənib. O, əvəzlənən zaman “şəhərlilər” artıq 3:0 hesabı ilə öndə idi.

21 yaşlı futbolçu bu matçadək sonuncu dəfə martın 30-da meydana çıxmışdı. “Mançester Siti” həmin qarşılaşmada İngiltərə kubokunda “Bornmut” üzərində 3:0 hesablı qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button