
Xudiyev Gürcüstan millisinin oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Cəbəllütariq oyununda iş başında olacaq.
Qarşılaşma sentyabrın 6-da Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliaya Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin