
Xudiyev “Bazel”in, Hacı-Məhərrəmov “Styaua”nın oyununa gedir
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçiriləcək qrup mərhələsinin 4-cü tur matçında hakimlərin işinə qiymət verəcək.
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov isə eyni turda keçiriləcək “Styaua” (Rumıniya) – “Silkeborq” (Danimarka) görüşündə UEFA nümayəndəsi olacaq.
Oyunların hər ikisi oktyabrın 13-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin