Şirer “Real”da oynayan hücumçu haqda: “Yüksək səviyyəli oyunçu deyil”

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer “Espanyol”dan icarə əsasında “Real”da çıxış edən Xoselunun performansını dəyərləndirib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, ispaniyalı forvardın yüksək səviyyəli oyunçu olmadığını bildirib:

“Mən hörmətsizlik etmək istəmirəm: o, sadəcə olaraq dünyanın ən böyük klubunu Çempionlar Liqasının finalına çıxarmaq üçün iki qol vurdu. Xoselu finalda qələbə qolunu vura bilər, lakin açıq-aydın görünür ki, o, yüksək səviyyəli oyunçu deyil”.

“Real” yayda Xoselunu milyon yarım avroya ala bilər. O, İspaniya çempionatında 10 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button